Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 28-də Ağdam rayonunun Novruzlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırlır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik və onun səhra köməkçisi K.Kratki keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İ.Palatinus, Y.Repa və K.Pikls keçirəcəklər.