Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 24-də Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin Xocavənd rayonunun Kuropatkino kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus və Kennet Pikles keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vımetal, Gennadi Korj və Yurgen Şmidt keçirəcəklər.