Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 23-dən 27-dək Helsinki şəhərində (Finlandiya) NATO-nun Transformasiya Komandanlığının İşçi görüşü və fevralın 23-dən martın 23-dək Viskov şəhərində (Çexiya) “Poliqonlar və canlı atəş taktiki təlimlərinin idarə edilməsi” üzrə kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvəlarinin nümayəndələri iştirak edirlər.