Müdafiə Nazirliyinin məlumatı

Fevralın 17-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin plan üzrə növbəti komanda-qərargah hərbi oyunları başlamışdır.
Oyunlara Silahlı Qüvvələrin və qoşun növlərinin bölmələri cəlb edilmişdir. Hərbi oyunların məqsədi döyüş əməliyyatlarının gedişində bölmələr arasında qarşılıqlı əlaqələrin uzlaşdırılmasını və idarəolunmanı təkmilləşdirməkdir.
Komanda-qərargah hərbi oyunları fevralın 21-də başa çatacaqdır.