Müdafiə Nazirliyinin məlumatı

Müdafiə Nazirliyinin Mətbuat Xidməti bəyan edir ki, “Yeni Müsavat”, “Üç Nöqtə” və digər kütləvi informasiya vasitələrində guya bu yaxınlarda Xəzər dənizində Rusiya-Azərbaycan birgə hərbi təlimlərinin keçiriləcəyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Yoxlanılmamış məlumatların dərc edilməməsi barədə xəbərdarlığı bir daha kütləvi informasiya vasitələri rəhbərlərinin nəzərinə çatdırırıq.