Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində aprelin 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli maddi-texniki təminat mərkəzi” üzrə kurs, aprelin 19-dan 29-dək Bakı şəhərində “Havadan Dəstək və Ön Aviasiya istiqamətləndiricisi” üzrə seminar, Norfolk şəhərində (Amerika Ştatlarında) Sülh Naminə Tərəfdaşlıq Qərargah Elementləri üçün tanışlıq seminarı və aprelin 19-dan iyulun 8-dək Budapeşt şəhərində (Macarıstan) ingilis dili kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.