Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 4-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ağdam rayonunun Şuraabad kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Kennet Pikles və İmre Palatinus keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Miroslav Vımetal və Yurgen Şmidt keçirəcəklər.