Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Serqey İvanovun dəvətilə MDB dövlətləri Hava Hücumundan Müdafiə Qüvvələrinin “Döyüş Birliyi-2005” təliminin döyüş atışı mərhələsinin keçirilməsində müşahidəçi kimi iştirak etmək üçün avqustun 29-da Həştərxan şəhərinə yola düşmüşdür.
Tədbir Həştərxan vilayətinin Aşuluk poliqonunda keçiriləcəkdir.
Səfər avqustun 30-da başa çatacaqdır.