Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 21:30-dan 21:45-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndinin 0,3 km. şimal-qərbində və 0,5 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 26-da saat 21:10-dan 21:30-dək Füzuli rayonunun işğal olunmuş Qaraxanbəyli kəndinin 1,7 km. şərqində yerləşən mövqelərindən həmin rayonun Alxanlı kəndini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır.
İtki yoxdur.