Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qatar dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həməd Bin Ali Əl Attiyahın dəvətilə aprelin 25-də Doha şəhərinə yola düşmüşdür.
Azərbaycanın Müdafıə naziri səfər proqramına görə aprelin 26-sı və 27-də Qatar dövləti və Silahlı Qüvvələrin rəhbərliyi ilə görüşlər keçirəcəkdir.