Müdafiə Nazirliyinin məlumatı

Aprelin 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 22:40-dan 03:00-dək Ağdam rayonunun işğal olunmuş Şurabad kəndinin 0,3 km. cənub-şərqində və 0,5 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən mövqelərini;
- işğal olunmuş Şıxlar kəndinin 1,8 km. şimal-şərqində, Ayaqqərvənd kəndinin 1.4 km. qərbində, işğal olunmuş Nəmirli kendinin 0,3 km. şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin şərqində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.