Müdafiə Nazirliyinin məlumatı

Aprelin 24-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 22:33-dən 01:20-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 0,5 km. qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ətrafındakı üzbəüz mövqelərini pulemyotlardan ara-sıra;
- aprelin 25-də saat 05:00-dan 05:15-dək Ağdam rayonunun Qaradağlı kəndinin 4 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ətrafındakı üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Hər iki halda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.