Müdafiə Nazirliyinin məlumatı

İyunun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərinə yola düşmüşdür.
İyunun 24-də keçiriləcək iclasda MDB dövlətləri Müdafiə Nazirliklərinin əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.