Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 21:30-dan 21:40-dək Füzuli rayonunun ərazisindəki Lələ İlahi dağının 0,8 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- iyunun 13-də saat 02:55-dən 03:10-dək Tərtər rayonunun Borsunlu kəndinin 4,5 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.