Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 04:30-dan 04:40-dək Ağdam rayonunun işğal olunmuş Nəmirli kəndinin şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.