Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 18-dən 21-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası və Ermənistan Respublikası arasında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Piter Ki keçirəcəklər.
Sərhəd xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Miroslav Vımetal və Oleksandr Samarski keçirəcəklər.