Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 10-da Həzi Aslanov adına Mərkəzi zabitlər evində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Mərasimdən əvvəl Mərkəzi zabitlər evində “Heydər Əliyev irsinin təbliği” muzey-lektoriyasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev qırmızı lenti kəsdikdən və muzey-lektoriyanın ekspozisiyası ilə tanış olduqdan sonra mərasim iştirakçıları qarşısında çıxış etmişdir.
Mərasim “Heydər Əliyev dünənimiz, bugünümüz və sabahımızdır” ədəbi musiqili kompazisiya ilə başa çatmışdır.