Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Koreya Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasında və eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi briqada generalı Hyun Soo Konu qəbul etmişdir.
Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.