Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 24-də saat 23:00-dan 23:15-dək Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara və Boğanis Ayrım kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- aprelin 25-də saat 02:50-də Ermənistan Respublikası Noyamberyan rayonunun Voskevan kəndinin 1,8 km cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini;
- saat 05:15-də Qazax rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.