Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 22-də Belarus Respublikasının Brest şəhərinə yola düşmüşdür.
Noyabrın 23-də keçiriləcək iclasda MDB ölkələrinin Müdafiə nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.