Müdafiə Nazirliyinin məlumatı

İyulun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dorsini qəbul etmişdir.
Tanışlıq xarakteri daşıyan görüşdə Müdafiə naziri səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, ona Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsində uğur arzulamışdır.
Xanım A.Dorsi səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsi naminə əlindən gələni edəcəyini bildirmişdir.
Görüş zamanı tərəflər müdafiə sahəsində Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.