Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 17-də saat 16:40-dan 16:55-dək Noyamberyan rayonunun ərazisindəki Böyük Gədik dağının şimal-şərqində və həmin rayonun ərazisindəki Şavaksavan kəndinin 0,2 km. cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini və kəndin özünü avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur