Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 19-da saat 22:50-dən 22:55-dək Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndinin şimal-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqelərini pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.