Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 27-də:
- saat 23:00-dan 23:15-dək Ağdam rayonunun Əhmədağalı kəndinin cənub-qərbində yerləşən mövqelərdən;
- saat 23:10-dan 23:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin cənubunda yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.