Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev iyunun 14-dən 15-dək NATO-nun mənzil-qərargahında Avro-Atlantik Tərəfdaşlıq Şurasının və NATO-ya tərəfdaş dövlətlərin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığının Brüssel şəhərinə yola düşmüşdür.
Səfər NATO-nun Baş Katibi Yaap de Hoop Sxefferin dəvətilə həyata keçirilir.