Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 28-də saat 21:40-dan 21:50-dək və  iyunun 29-da saat 01:50-dən 03:00-dək Ermənistan Respublikası Berd rayonunun Mososqex kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı mövqelərini pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.