Müdafiə Nazirliyinin məlumatı

Fevralın 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Əfşar Süleymanini səfirlik missiyasının başa çatması ilə əlaqədar qəbul etmişdir.
Müdafiə naziri səfir Ə.Süleymaniyə Azərbaycandakı səfirlik fəaliyyətinə görə təşəkkür etmiş və gələcək işlərində ona uğurlar arzulamışdır.