Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 28-də saat 13:00-dan 13:10-dək Ermənistan Respublikasının Noyamberyan rayonunun Vozkevan kəndinin cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.