Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 27-də saat 20:40-dan 21:10-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi snayperlərdən və avtomatlardan, avqustun 28-də saat 00:30-dan 01:10-dək Ağdam rayonunun Çıraqlı, Tərtər rayonunun Karmiravan və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.