Müdafiə Nazirliyinin məlumatı

İyunun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktoru, istefada olan kontr-admiral Con Bördü qəbul etmişdir.
Nazir Səfər Əbiyev son illər ABŞ-la Azərbaycan arasında əməkdaşlıq məsələlərinin daha da inkişaf edərək strateji xarakter aldığını qonağın diqqətinə çatdırmışdır.
Görüş zamanı regionda mövcud vəziyyət, həmçinin bəzi beynəlxalq təhlükəsizlik məsələləri barədə də fikir mübadiləsi aparılmışdır.
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım En Dörsi iştirak etmişdir.