Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri qəbul etmişdir.
Yeni təyinatı münasibəti ilə səfiri təbrik edən Müdafiə naziri görüş zamanı qonaqla regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparmışdır.