Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 11:50-dən 12:00-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini;
- saat 12:00-dan 12:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərdən;
- saat 17:50-dən 17:55-dək və 20:40-dan 20:45-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 20:30-dan 20:45-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında  yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.