Müdafiə Nazirliyinin məlumatı

22-26 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində 9-cu Beynəlxalq müdafıə sərgisi (İDEX-2009) keçiriləcək.
Sərgidə 70-dən artıq ölkənin 900-dan çox şirkəti iştirak edəcək. Burada bütün qoşun növləri üzrə müasir silah və hərbi-texniki avadanlığın nümayişi olacaq.
Sərgidə Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyevin iştirakı gözlənilir.