Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhramini qəbul edib.
Səmimi şəraitdə keçən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir İran İslam Respublikasının yeni hərbi attaşesini Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim edib.