Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 22-də saat 11:50-dən 12:00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:15-dən 12:30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- dekabrın 23-də saat 02:10-dan 02:15-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.