Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 30-da saat 18:15-dən 18:35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərindəki mövqelərimizi;  
- saat 23:20-dən 23:30-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.