Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 22-də Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı. Lakin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri monitorinq keçirmək üçün nəzərdə tutduqları ərazini xəritədə səhv sifariş etdiklərinə görə texniki sebəblərdən tədbir baş tutmayıb.