Müdafiə Nazirliyinin məlumatı

Aprelin 28-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyanı qəbul edib.
Görüşdə ölkələr arasında mövcud olan hərbi əməkdaşlıq məsələlərindən razılıq ifadə edilib. Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılarkən Çinin ölkəmizdəki səfiri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb. Qonaq ölkəsinin Azərbaycana təyin edilmiş yeni hərbi attaşesini müdafiə naziri Səfər Əbiyevə təqdim edib.