Müdafiə Nazirliyinin məlumatı

Fevralın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidenti polkovnik Hamad Kalxabanı qəbul edib.
Görüş zamanı Hərbi İdman Şurası ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında olan əlaqələrdən və bu əməkdaşlığın gələcək inkişaf məsələlərindən danışılıb.