Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 1-də Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistan Respublikasının Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Jaslan Nurtazin keçirəcəklər.