Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də saat 23:10-dan 23:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, fevralın 25-də saat 01:00-dan 01:20-dək və 02:00-dan 02:30-dək Ağdam rayonunun Sarıcalı və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05:10-dan 05:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin  üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.