Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 23-də saat 20:30-dan 20:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 08:55-dən 09:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:00-dan 20:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.