Müdafiə Nazirliyinin məlumatı

Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcı qəbul edib.
Görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir Hulusi Kılıç Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Yücel Karauzu müdafiə naziri Səfər Əbiyevə təqdim edib.