Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 21-də saat 10:30-dan 10:45-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 20:10-dan 20:20-dək və 23:45-dən 00:00-dək Ağdam rayonunun Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20:00-dan 20:15-dək və 23:45-dən 00:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.