Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 23-də saat 23:00-dan 23:40-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:55-dən 20:00-dək, 20:30-dan 20:37-dək və avqustun 24-də saat 05:00-dan 05:20-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və  adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.