Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 27-də saat 20:55-dən 21:00-dək və sentyabrın 28-də saat 06:45-dən 06:50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.