Müdafiə Nazirliyində qəbul 


İyulun 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ ordusunun Avropa Komandanlığının Quru Qoşunları Komandanı general-leytenant Mark Fillip Hertlinqi qəbul edib.
Görüşdə Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələlərinin perspektivləri və bölgədə hərbi-siyasi vəziyyət müzakirə mövzusu olub.