Müdafiə Nazirliyində ABŞ müdafiə katibinin nümayəndəsi ilə görüş keçirilib

Sentyabrın 18-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas ilə görüşüb.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əlaqələr, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.