Müdafiə Nazirliyi başsağlığı verir

 

Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun illər təhlükəsizlik sahəsində böyük xidmətləri olmuş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.