Müdafiə nazirinin müavininin Qətərə səfəri davam edir

Qətər Silahlı Qüvvələri tərəfindən Dohada təşkil edilən 8-ci Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı ("DIMDEX 2024") davam edir.
Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin "Barzan Holdings" və tabeliyində olan şirkətlərin stendlərini ziyarət edib, holdinqin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı müzakirələr aparılıb.